RU

Yaponiya mayda milli ehtiyatlardan bazara əlavə neft çıxaracaq

Yaponiya mayda milli ehtiyatlardan bazara əlavə neft çıxaracaq

Yaponiya Baş naziri Takaiçi Sanae tədarükü tarazlaşdırmaq məqsədilə may ayında ölkənin milli ehtiyatlarından bazara əlavə neft həcmlərinin çıxarılmasının planlaşdırıldığını açıqlayıb.

AFN.az xəbər verir ki, dövlət televiziyası NHK-nın yaydığı məlumata görə, Takaiçi və nazirlər Yaxın Şərqdəki gərginlik fonunda neft təchizatı məsələlərini müzakirə etmək üçün Baş nazirlik Ofisində bir araya gəliblər.

Takaiçi hökumətin Hürmüz boğazından kənar alternativ mənbələrdən xam neft idxal etmək üçün mümkün olan bütün səyləri göstərdiyini bildirərək, Yaponiyanın 2026-cı ildən sonrasına da yetəcək qədər neft təmin edə biləcəyini vurğulayıb.

Hökumətin xam neft tədarükündə sabitliyi qorumaq üçün may ayından etibarən milli ehtiyatlardan təxminən 20 günlük istehlaka bərabər olan ikinci bir partiyanın ayrılacağını qeyd edən Baş nazir, yaşıl çay istehsalında istifadə olunan A növü ağır yanacaq ilə avtobus və yük maşınları üçün nəzərdə tutulan dizel yanacağının topdansatışçılardan birbaşa müəssisələrə satılması çağırışını edib.

Takaiçi həmçinin neft təchizatı ilə bağlı oxşar mövqeyə malik ölkələrdən dəstək müraciətləri aldıqlarını və hər bir müraciətin diqqətlə araşdırıldığını qeyd edib. Xatırladaq ki, Yaponiya hökuməti enerji təhlükəsizliyini təmin etmək məqsədilə martın 27-də ölkədaxili 30 günlük tələbata bərabər olan təxminən 8,5 milyon kilolitr nefti bazara çıxarmışdı.

Избранный
5
afn.az

1Источники