RU

Naim Qasımın xalqa müraciəti: Son nəfəsimizədək İsraillə döyüşəcəyik

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İsrail müqavimət qarşısında döyüş meydanında uğursuzluğa düçar oldu, dəfələrlə elan etdiyi quru əməliyyatı həyata keçirə bilmədi”.

Teleqraf xəbər verir ki, bunu “Hizbullah” hərəkatının lideri Naim Qasım Livan xalqına müraciətində deyib.

“Cəbhədəki döyüşçülər sionistlərin arzu və niyyətlərini darmadağın edən möhkəm sipərdir. Müqavimət son nəfəsimizədək davam edəcək. Əvvəlki vəziyyətə qayıtmağı qəbul etmirik və qarşılığı olmayan güzəştlərin dayandırılmasını tələb edirik.

Hamımız birlikdə - dövlət, ordu, xalq və “Hizbullah” ölkəmizi müdafiə edir, onun suverenliyini bərpa edir və işğalçını qovuruq. Düşmənin təhdidləri və silahları bizi qorxutmur”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
sherg.az

2Источники