RU

“Qarabağ” bütün məşqçilərinə yeni müqavilə təklif etdi

“Qarabağ” futbol klubu akademiyada işləyən bütün məşqçilərlə müqavilənin müddətini uzatmaq istəyir.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat yayıb.

Funksioner bununla bağlı məşqçilərə təklif göndərildiyini bildirib: “Onlara yeni müqavilənin bağlanılması ilə bağlı təklif irəli sürülüb. Əlbəttə, mütəxəssislərin də fikriləri önəmlidir. Yəqin ki, mayın sonunda rəsmi qərar açıqlanacaq”.

“Qarabağ” futbol klubunun akademiyasında Rauf Əliyev, Maksim Medvedev və Raşad Sadiqov kimi tanınmış veteran futbolçular işləyir.


Telegram kanalımız
Избранный
15
3
yenisabah.az

4Источники