RU

Britaniya Hörmüzdən keçid üçün İrana ödəniş etməyəcək

Bakı. Trend:

Böyük Britaniya Hörmüz boğazından gəmilərin keçidi üçün İranaödəniş etməyə razı deyil.

Trend xəbərverir ki, bunu Birləşmiş Krallığın baş naziri Kir Starmer Qətərdə(Dohada) ölkə rəhbərliyi ilə danışıqlardan sonra bəyan edib.

“Biz çox uzatmadan atəşkəsin müzakirəsinə keçdik. Belə bir hissvar ki, atəşkəs kövrəkdir və daha çox iş görülməlidir. Hörmüzboğazı həllin bir hissəsi olmalıdır. Gəmiçilik üçün hər hansıödənişlərin və ya məhdudiyyətlərin tətbiqinin yolverilməz olduğuilə bağlı çox aydın mövqe var”, – o, Sky News telekanalınamüsahibəsində bildirib.

Qeyd edək ki, bu gün Starmer eyni zamanda Hörmüz boğazı iləbağlı ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники