RU

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

Müqavilə ilə “Neftçi”yə məxsus olsa da, icarə əsasında “Qəbələ”nin qapısını qoruyan Rza Cəfərov yeni mövsümə Avropada başlaya bilər.

Bizim.Media xəbər verir ki, 22 yaşlı futbolçuya ölkə xaricindən təkliflər var.
 

Cəfərovun Avropadan gələn təklifləri dəyərləndirəcəyi gözlənilir. Rzanın “Neftçi” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, yanvarda “Qəbələ”yə icarəyə verilib.


Xatırladaq ki, mövsümün əvvəlində azərbaycanlı qapıçıya “Traktor”, “Dinamo”(Buxarest) ciddi maraq göstərirdi.

Bizim.Media

Избранный
5
bizim.media

1Источники