RU

Polşa ABŞ qoşunlarının sayını artırmaqİSTƏYİR

Polşa ölkə ərazisində yerləşən ABŞ hərbçilərinin sayının artırılmasına ümid edir.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib: “Biz Polşada Amerika qoşunlarının sayının artacağına ümid edirik” və əlavə edib ki, bu məsələ Yaxın Şərqdəki vəziyyətdən asılı deyil.

Onun sözlərinə görə, NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsi ilə bağlı ABŞ ilə danışıqlar artıq uzun müddətdir davam edir.

Kosinyak-Kamış vurğulayıb ki, Yaxın Şərqdəki gərginlik Polşanın bir neçə aydır hazırladığı planların həyata keçirilməsinə maneə yaratmır.

Məlumata görə, hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib.

Aminə ŞAHSUVARQIZI

Избранный
9
1
redaktor.az

2Источники