ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Avaçinsk aşırımında 2 gün əvvəl itkin düşmüş 7 turistin yeri müəyyənləşdirilib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat yayıb.
Turistlərin ikisi həyatını itirib. Qalan 5 nəfərdə ciddi donvurma olub. Onlar helikopter vasitəsilə ərazidən çıxarılıb.
Qeyd edək ki, martın 28-də bir qrup turist Avaçinsk aşırımı keçərkən qrup üzvləri arasında münaqişə baş vermişdi. 7 nəfər qrupdan ayrılaraq çadırsız və peyk telefonsuz fərqli marşrutla hərəkətə davam etmişdi. Aprelin 8-də isə yaşanan çovğundan sonra onlarla əlaqə itmişdi.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.