RU

Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilir? - Seysmoloq açıqladı

Son günlər Xəzər dənizində müxtəlif maqnitudalı zəlzələlərin ard-arda baş verməsi regionda seysmik aktivliyin artdığını göstərir. Bu hal Xəzər dənizinin geoloji və seysmoloji baxımdan aktiv və unikal region olduğunu bir daha təsdiqləyir.

Bu sözləri Day.Az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O qeyd edib ki, 2026-cı ilin əvvəllərindən etibarən seysmik və tektonik aktivlik müşahidə olunur və bu tendensiyanın davam edəcəyi ehtimal edilir. Belə ki, fevral ayında Şamaxı və İsmayıllı bölgələrində də aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, son dövrdə 5.3 bal gücündə, eləcə də 3-4 bal aralığında bir neçə zəlzələ baş verib. Bununla belə, təşvişə əsas yoxdur:

"Xəzər dənizi seysmik baxımdan aktiv regiondur və burada müxtəlif intensivliyə malik qırılma xətləri mövcuddur. Azərbaycan ərazisində hiss olunan zəlzələlər hər zaman baş verəcək. Lakin dağıdıcı, katastrofik güclü zəlzələlərin baş verməsi gözlənilmir".

Seysmoloq əlavə edib ki, Xəzər dənizində müşahidə olunan bu proseslər "seysmik sürü" və ya "seysmik qasırğa" kimi qiymətləndirilir:

"Bu hadisələr dərin ocaqlarla zəngin olan Xəzər üçün normal sayılır. Hiss olunan zəlzələlər qaçılmazdır, lakin dağıdıcı zəlzələlər gözlənilmir".

Избранный
23
day.az

1Источники