RU

İlahidən Müctəba açıqlaması – Ali rəhbərlə bağlı davam edən müəmma

İranın yeni ali dini rəhbəri Seyid Müctəba Xamenei ölkədəki vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı da şəxsən özü verib.

Bu barədə İranın ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahideyib.

“Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur”, - nümayəndə bildirib.

Əgər İlahinin dediyi kimi, Ali Rəhbərdə hər şey qaydasındadırsa, hər şey onun nəzarəti altındadırsa, o, ofisinə gəlirsə, rəsmilərlə - prezident və parlament üzvləri ilə görüşlər keçirirsə, nə üçün heç bir foto və ya video görüntü yayılmır? Gizliliyin məqsədi təhlükəsizliyə görə ola bilərmi?


Picture

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, yeni ali liderin heç bir görüntüsünün hələ də yayılmaması təbii olaraq şübhələr və suallar yaradır:

“Məlumdur ki, ABŞ və İsrail Müctəba Xameneinin ağır yaralandığı və komada olduğu barədə bir neçə də məlumat yayıb. İran tərəfi isə bunu təkzib edib. Əgər Amerikanın dediyi kimi yox, İran rəsmilərinin, o cümlədən Əbdül Məcid Həkim İlahinin dediyi kimidirsə, belə çıxır ki, yeni ali liderin təhlükəsizliyi üçün bu qədər məxfilik qorunur. İran hazırda da həm regional, həm də kəşfiyyat baxımından yüksək risk mühitindədir. İsrail və ABŞ kəşfiyyat xidmətlərinin imkanları və qəfil raket zərbəsinin endirilməsi ehtimalının hələ də qaldığı nəzərə alınarsa, ali rəhbərin görüntülərinin yayılması onun yerləşdiyi məkan, hərəkət trayektoriyası və təhlükəsizlik rejimi barədə dolayı məlumat vermiş ola bilər. Ona görə də bu səbəbdən görüntülərin heç bir halda verilməməsi mümkündür”.

Politoloqun sözlərinə görə, təcrübə göstərir ki, İran hakimiyyəti tez-tez qeyri-müəyyənlikdən alət kimi istifadə edir:

“Bu dəfə də belə taktikadan istifadə etdikləri istisna deyil. Düşmən tərəfi qeyri-müəyyənlikdə saxlamaq üçün bu taktika seçilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
48
musavat.com

1Источники