RU

Fiziki qüsurlu oğluna hazırladığı mexanizm ürəkləri isidib: “Əsas odur ki, çölü görə bilsin” VİDEO

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Konya şəhərində yaşayan bir ata, fiziki və əqli məhdudiyyətli oğlunun həyatını asanlaşdırmaq üçün hazırladığı sadə, lakin təsirli qurğu ilə sosial mediada böyük rəğbət qazanıb. Demokrat.az xəbər verir ki, oğlunun pəncərədən çölü izləyə bilməsini təmin edən bu mexanizm qısa müddətdə geniş kütlə tərəfindən paylaşılıb və böyük maraq doğurub.Ramazan Sərt və Həcər Sərt cütlüyünün ikinci övladları Məhəmmədin doğuşdan sonra aparılan müayinələr nəticəsində əqli və fiziki məhdudiyyətli olaraq müəyyən edilib. Ailə 29 yaşlı övladlarının həyat keyfiyyətini artırmaq üçün illərdir müxtəlif həll yolları hazırlayır.Son olaraq ata Ramazan Sərtin hazırladığı və oğlunun pəncərədən çölü izləməsinə imkan verən qurğu sosial şəbəkələrdə geniş yayılıb. Qısa zamanda minlərlə istifadəçi tərəfindən paylaşılan görüntülər böyük rəğbətlə qarşılanıb.54 yaşlı Ramazan Sərt ona göstərilən diqqətə görə duyğulandığını bildirərək, əsas məqsədinin oğlunun xoşbəxtliyi olduğunu deyib. O, sosial mediada yazılan şərhlərin və duaların onu çox təsirləndirdiyini qeyd edib: “Oğlumun üzünün gülməsi üçün etdiyim bir şey idi. Bu qədər maraq görəcəyini düşünmürdüm. İnsanların məni nümunə ata kimi görməsi çox gözəl hissdir”.Ramazan Sərt həmçinin oğlunun yalnız evdə deyil, avtomobildə də xüsusi qurğular vasitəsilə hərəkət etməsini təmin etdiyini bildirib. Avtomobilin arxa hissəsinə quraşdırdığı sistem sayəsində Məhəmmədi gəzdirə bildiyini və bunun onun psixoloji durumuna müsbət təsir etdiyini vurğulayıb.Kömək təkliflərinə isə ehtiyac duymadığını deyən ata, hər kəsə təşəkkür edərək “Hər şey maddiyyat deyil. Allah hər kəsin könlünə görə versin” ifadəsini işlədib.Ailə övladlarının ehtiyaclarına uyğun şəkildə həyatlarını tənzimlədiklərini bildirən Sərt çətinliklərə baxmayaraq şikayət etmədiyini qeyd edib. O, oğlunu “Allahın əmanəti” kimi gördüyünü və gələn dəstək mesajlarının onu dərindən təsirləndirdiyini deyib.Qonşular da Ramazan Sərtin fədakarlığını yüksək qiymətləndirərək onu nümunəvi ata kimi xarakterizə ediblər.

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
demokrat.az

1Источники