RU

"Bank Melli İran"ın Bakı filialının mənfəəti bu il 13%-dən çox azalıb - Hesabat

"Bank Melli İran"ın Bakı filialının 2026-cı ilin ilk rübündə xalis mənfəəti illik müqayisədə 13,1% azalaraq 1,33 milyon manata enib.

"APA-Economics" bu barədə bankın hesabatına istinadən xəbər verir. Hesabata əsasən, filialın faiz gəlirləri 2,05% azalaraq 1,36 milyon manata düşüb, aktivlər üzrə ehtiyat ayırmaları isə 6,95% artaraq 575 min manat olub.

Filialın vergidən əvvəlki mənfəəti isə 1,53 milyon manatdan 1,33 milyon manata enib.

Ümumilikdə, Filialın mənfəətinin azalmasına faiz gəlirlərinin zəifləməsi, valyuta əməliyyatları üzrə nəticənin mənfiyə keçməsi və inzibati xərclərin artması təsir göstərib.

Bu il aprelin 1-nə filialın cəmi aktivləri 0,6% artaraq 121,1 milyon manata, cəmi kapitalı 2,5% artaraq 54,7 milyon manata yüksəlib. Cəmi öhdəliklər isə 0,81% azalaraq 66,4 milyon manata enib.

Filial maliyyə institutlarında yerləşdirilən vəsaitləri 55,1 milyon manatdan 2,6 milyon manata qədər azaldıb. Əvəzində qiymətli kağızlara investisiyaları 3,5 dəfə artıraraq 75,4 milyon manata çatdırıb.

Bu dövrdə bankın kredit portfeli 10,5% azalaraq 2,07 milyon manata enib.

Filial həmçinin əldə etdiyi mənfəət hesabına yığılmış zərərini 20,3 milyon manatdan 18,9 milyon manata qədər azaldıb.

Избранный
9
2
apa.az

3Источники