RU

Məqsəd İsayev İstanbulda əməliyyat edildi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in sol cinah müdafiəçisi Məqsəd İsayev əməliyyat olunub.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiəçi Türkiyənin İstanbul şəhərində əməliyyat edilib. Onun çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.

Xatırladaq ki, Məqsəd İsayev 2025-ci ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq “Kəpəz”ə keçib. O, bu ilin 30 iyununadək Gəncə klubunda çıxış edəcək.

Məqsəd indiyə qədər “Kəpəz”in heyətində 22 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

İsayev karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə” kimi klublarda da çıxış edib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış futbolçuya əsas millimizdə debüt qismət olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
28
7
arena.az

10Источники