RU

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə “Kristal”ın “Park Yasamal” layihəsi diqqətləri üzərinə çəkir.

“Park Yasamal” layihəsi müasir şəhər həyatının üstünlüklərini bir araya gətirən layihə kimi sakinlərə keyfiyyətli bir həyat tərzi vəd edir. Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.

Ərazi geniş və yaşıllıqlarla zəngin park sahəsi, göl ətrafında istirahət zonaları, futbol meydançası və uşaqlar üçün təhlükəsiz oyun sahələri ilə seçilir. Özəl uşaq bağçası isə ailələr üçün əlavə rahatlıq təmin edir. 24/7 kamera nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin təhlükəsizliyini ön planda saxlayır.

https://www.youtube.com/watch?v=7XoQ8FQqeQg&t=56s

Избранный
13
1
publika.az

2Источники