RU

Taksilərin texniki tələblərə cavab verməsi əsas götürülür Nəqliyyat eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Hazırda Bakıda təxminən 41-42 min taksi qeydiyyatdan keçib. Amma Bakı şəhəri üzrə limitin 25 min olması nəzərdə tutulur. Bu o deməkdir ki, tələblərə uyğun gəlməyən avtomobillər mərhələli şəkildə sistemdən çıxarıla bilər, uyğun olanlar isə fəaliyyətini davam etdirəcək”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı söyləyib. O qeyd edib ki, müvafiq qərara əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. Taksilərin texniki tələblərə cavab verməsi əsas götürülür. Texniki vəziyyəti uyğun olmayanlaraın taksi fəaliyyəti göstərməsinə icazə verilməyəcək: “

Yeni qaydalar nəqliyyat vasitələrinin daxili və xarici tərtibatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsini əhatə edir. Avtomobilin təmiz və səliqəli saxlanılması əsas meyarlardan biridir”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
525.az

1Источники