"Kəpəz"in futbolçusu Məqsəd İsayev Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb.
Futbolçunun təxminən nə vaxt sıraya dönəcəyi ilə bağlı məlumat verilməyib. Ancaq onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.