Abşeron yarımadasında yerləşən "Bozdağ-Güzdək" palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.
Bu barədə Day.Az-a Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub.
Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilmişdir.