RU

Siyəzəndə selin uçurduğu körpüyə alternativ yol çəkilir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Siyəzən, 10 aprel, AZƏRTAC

Siyəzən-Məşrif avtomobil yolunda güclü sel səbəbindən dağılan avtomobil körpüsünü müvəqqəti əvəz edəcək alternativ yol çəkilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gilgilçay üzərindəki körpü aprelin 6-sı səhər saatlarında dağılıb.

Siyəzən-Məşrif avtomobil yolundan Siyəzən və Şabran rayonlarının 20-dən çox yaşayış məntəqəsinin sakinləri, həmçinin “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə gələn qonaqlar istifadə edirdi.

Hazırda yolda nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlərə başlanılıb. Əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunaraq dağılan körpünün yaxınlığından, çayın içindən müvəqqəti yol çəkilir.

Bunun üçün böyük diametrli dəmir borulardan və beton su ötürücülərdən istifadə olunur. Alternativ yolun qısa müddətdə istifadəyə verilməsi nəzərdə tutulur.

Körpünün dağılması nəticəsində ərazidən keçən qaz və rabitə xətləri də sıradan çıxıb.

Burada yaşayan sakinlər hazırda rayon mərkəzinə getmək üçün Şabran rayonu ərazisindən keçən alternativ yoldan istifadə edirlər.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
azertag.az

1Источники