RU

Putinlə bağlı SENSASİON XƏBƏR: Görün nə baş verib… KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada dövlətə bağlı sosioloji mərkəzlər prezident Vladimir Putinin reytinqlərinin azaldığını qeydə almaqda davam edir. Bu azalma Teleqram platformasına qoyulan məhdudiyyətlər, VPN xidmətlərinə qarşı mübarizə və internet kəsintiləri fonunda baş verir.

KONKRET.az xəbər verir ki, aprelin 5-də başa çatan həftə üzrə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) açıqladığı məlumata görə, Putinin “bəyənilmə reytinqi” 67,8 faizə düşüb. Bu göstərici 2022-ci ilin 20 fevralından bəri ən aşağı səviyyə hesab olunur.

Son bir həftə ərzində reytinq 2,3 faiz bəndi, son 4 həftədə isə 4,9 faiz bəndi azalıb. Ötən ilin sonu ilə müqayisədə isə ümumi azalma 10 faiz bəndinə çatıb. Eyni zamanda, Ukraynaya qarşı müharibənin başlanmasından bəri hökumətin (40,3%), Dövlət Dumasının (41,7%) və Federasiya Şurasının (41,8%) bəyənilmə göstəriciləri də ən aşağı səviyyəyə enib.

VTSİOM-un açıq sorğusunda, yəni respondentlərin etibar etdikləri siyasətçiləri özlərinin adlandırdığı araşdırmada da Putinin reytinqində azalma müşahidə olunub. Bu göstərici 29,5 faizə düşərək müharibənin başlanmasından bəri ən aşağı həddi göstərib. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ilin mart ayında bu rəqəm 48,8 faiz idi – yəni son illərin maksimum səviyyəsi ilə müqayisədə reytinq üçdə birdən çox azalıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
konkret.az

2Источники