Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi.