RU

Avropada mart ayı normadan xeyli isti keçib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 aprel, AZƏRTAC

Ötən ay Avropada tarixdə ikinci ən isti mart ayı kimi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayı qlobal miqyasda müşahidələrin başlanmasından bəri dördüncü ən isti ay olub. Orta temperatur 13,94 dərəcə Selsi təşkil edib ki, bu da sənaye dövründən əvvəlki səviyyədən 1,48 dərəcə yüksəkdir.

Həmçinin qeyd edilib ki, Avropada orta temperatur normadan 2,27 dərəcə yüksək olub. Eyni zamanda, Arktikada dəniz buzunun sahəsi rekord səviyyədə azalaraq orta göstəricidən 5,7 faiz aşağı düşüb. Qlobal dəniz səthinin temperaturu da mart ayı üçün ikinci ən yüksək səviyyəyə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
3
azertag.az

4Источники