RU

"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb

style='margin-bottom:10px;'>

"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə ilə bağlı ilkin danışıqlar aparıb.

QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hazırda ispaniyalı mütəxəssisin müqaviləsinin bitməsinə 1 il qalıb. Lakin 44 yaşlı məşqçinin işi klub rəhbərliyini qane etdiyindən tərəflər arasında danışıqlar başlayıb.

Xəbərdə bildirilib ki, tərəflər müsbət yöndə irəliləyən danışıqları mövsümün sonu yaxınlaşdıqca dayandırmaq və yarışları uğurlu başa vurmağa diqqət yetirmək barədə razılığa gəliblər. Lakin mövsümün nəticəsi Mikelin gələcəyinə təsir etməyəcək - həm klub, həm də Arteta tərəfdaşlıqdan məmnundur və onu davam etdirmək istəyirlər.

Qeyd edək ki, Arteta 2019-cu ildən "Arsenal"ı çalışdırır. O, bu komandada baş məşqçi kimi yeganə böyük kubokunu debüt mövsümündə qazanıb. Həmin mövsüm "topçular" İngiltərə kubokunu qazanıb. Hzırda "Arsenal" 70 xalla İngiltərə Premyer Liqasında vahid liderdir. Komanda həm də Çempionlar Liqasının 1/4 finalına qədər irəliləyib.

Избранный
14
1
teleqraf.com

2Источники