RU

New Paakkola Ukrayna ilə dronların istehsalına başlamağı planlaşdırır

Finlandiyanın New Paakkola şirkəti Ukrayna firması ilə tərəfdaşlıq çərçivəsində yerüstü dronların istehsalına başlamağı planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə Yle teleradiosu xəbər verib.

Məlumata görə, bu, New Paakkola-nın Finlandiya investorlarının iştirakı ilə Ukraynanın Remtechnology şirkəti ilə imzaladığı ilkin müqaviləyə aiddir. Layihə dronlar üçün platformaların yaradılmasını əhatə edir.

Məlumata görə, şirkət yerüstü tırtıllı dronlara diqqət yetirir.

New Paakkola şirkətinin baş direktoru Tommi Yuntikka deyib ki, Ukrayna əsas satış istiqaməti olmayacaq: “Tərtibatçılar texnologiyanı yerli iqlim və landşaft nəzərə alınmaqla Skandinaviya şəraitinə uyğunlaşdırmağı planlaşdırırlar”.

İstehsalın bu il başlanması planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
42
herbiand.az

1Источники