Bu gün "Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında təşkil olunan Çempionlar Liqasında daha bir oyun keçirəcək.
Fanat.Az xəbər verdiyi kimi, Azərbaycan təmsilçisi 5-8-ci yerlər uğrunda matçda Serbiya klubu "Borats"la qarşılaşacaq.
Bosniya və Herseqovinada keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, "Sabah" daha əvvəl yer aldığı B qrupunda Bosniya və Herseqovina təmsilçisi "İqokea" (58:88) və Almaniyanın "Porşe BBA" (72:61) komandaları ilə qarşılaşıb.