RU

Çin sədri tayvan müxalifətinin lideri ilə görüşdü

Çin sədri Si Cinpin Tayvanın ən böyük müxalifət partiyası “Qomindan”ın rəhbəri Çjen Liven ilə görüşüb. 

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

“Tayvan boğazının hər iki tərəfindəki soydaşlar Çin millətinə mənsubdur. Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Tayvan boğazının hər iki tərəfindəki soydaşların yaxınlaşma tendensiyası dəyişməyəcək”, - Çin lideri görüş zamanı vurğulayıb.

Çjen Liven isə Tayvan boğazının gələcəkdə potensial münaqişə ocağı olmaqdan çıxacağını və xarici müdaxilə üçün “şahmat taxtası”na çevrilməyəcəyini bildirib. 

Qeyd edək ki, Çjen Livenin Pekinə səfəri Si Cinpinin dəvəti ilə baş tutub. Bununla Çjen Liven son 10 ildə Çinin materik hissəsinə səfər zamanı nümayəndə heyətinə rəhbərlik edən ilk “Qomindan” rəhbəri olub.

Избранный
13
3
herbiand.az

4Источники