RU

Ağ Evdə "NATO rəzaləti" – Tramp Rutteni təhqir yağışına tutdu: "Siz uğursuzluğa düçar oldunuz!"

ABŞ Prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi qapalı görüşün şok detalları üzə çıxıb.

Musavat.com xəbər verir ki, "Politico" nəşri və digər beynəlxalq mənbələr görüşün "təhqir tiradası" ilə keçdiyini və münasibətlərin qırılma nöqtəsinə çatdığını bildirirlər.

 Avropalı diplomatlardan biri "Politico"ya açıqlamasında görüşü belə təsvir edib: "Söhbət tamamilə təhqir tiradasından ibarət idi. Tramp hər şeyi təhdid edirdi". Prezident müttəfiqlərini İrana qarşı "Epic Fury" (Epik Qəzəb) əməliyyatında onu tək qoymaqda ittiham edib.

 Ağ Evin sözçüsü Karolin Livitt Trampın NATO barədə dediyi sərt sözləri sitat gətirib: "Onlar sınağa çəkildilər və uğursuz oldular". Tramp həmçinin "Truth Social" hesabında böyük hərflərlə yazıb: "NATO BİZƏ LAZIM OLANDA ORADA DEYİLDİ VƏ BİR DAHA LAZIM OLANDA DA ORADA OLMAYACAQ".

 Trampın müttəfiqlərindən əsas tələbi Hörmüz boğazının açılması üçün "konkret hərbi hərəkətlər" görməkdir. O, Avropanın boğazdan ABŞ-dan daha çox faydalandığını, lakin yükü Amerikanın çiyninə qoyduğunu iddia edir.

Tramp NATO-dan çıxmaq hədəsini yenidən gündəmə gətirərək, alyansı "kağız pələng" adlandırıb. Hətta qəribə bir şəkildə Qrenlandiya məsələsini yenidən xatırladaraq: "Qrenlandiyanı, o böyük, bərbad idarə olunan buz parçasını xatırlayın!" – deyə müttəfiqlərinə acıqlanıb.

 Mark Rutte görüşdən sonra verdiyi müsahibələrdə Trampın məyusluğunu anladığını desə də, alyansın hələ də funksional olduğunu sübut etməyə çalışıb. O, görüşü "səmimi və konstruktiv" adlandıraraq gərginliyi azaltmağa çalışsa da, bəzi diplomatlar bu səfəri alyansın "həyatda qalma missiyası" kimi xarakterizə edirlər.

Musavat.com

Избранный
7
musavat.com

1Источники