RU

AİB: Neftin bahalaşması Asiyada iqtisadi artımı yavaşladacaq

ain.az, Azertag saytına istinadən bildirir.

Pekin, 10 aprel, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) bu il Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrində daha yavaş iqtisadi artım proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, AİB-in aprelin 10-da dərc olunan hesabatında artımın ötən illə müqayisədə 0,3 faiz bənd azalaraq 5,1 faiz təşkil edəcəyi bildirilir.

Bank iqtisadi artımın zəifləməsini regionun Yaxın Şərqdəki gərginliyin təsirlərinə, o cümlədən daha yüksək neft qiymətlərinə çox məruz qalması ilə əlaqələndirib. Hesabatda Asiya-Sakit okean regionundakı inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının Yaxın Şərqdən idxal edilən xam neftə çox bağlı olduğu bildirilib, enerji qiymətlərinin kəskin şəkildə artmasının qida istehsalı xərclərinin çoxalmasına səbəb olduğu vurğulanıb. Münaqişə, həmçinin Asiya və Avropa arasında aviasiya əlaqələrini pozub və turizmdən asılı iqtisadiyyatlara zərər verib.

Asiya İnkişaf Bankının proqnozlarına görə, Çinin iqtisadi artımı 0,4 bənd azalaraq 4,6 faizə düşəcək.

Bundan başqa, Vyetnam üçün proqnoz 7,2 faiz, Hindistan üçün isə 6,9 faizdir ki, bu da ötən illə müqayisədə aşağıdır. Bank regionda inflyasiyanın 0,6 bənd artaraq 3,6 faiz təşkil edəcəyini proqnozlaşdırıb.

AİB xəbərdarlıq edir ki, uzunmüddətli münaqişə regionda iqtisadi ziyanı daha da artıracaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
azertag.az

4Источники