RU

Aeroport iqtiqamətində yolda monitorinq olacaq

Bakı.Trend:

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun OnÜçüncü sessiyası (WUF13) çərçivəsində həyata keçirilən hazırlıqtədbirləri ilə əlaqədar olaraq, 11 aprel tarixindən 12 aprelə keçəngecə paytaxtın bəzi istiqamətlərində müəyyən edilmiş marşrutlarüzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumatverilib.

Bildirilib ki, bu çərçivədə, 12 aprel saat 01:30-dan 03:30-dəkHeydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatınhərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək.

Mövcud vəziyyəti nəzərə alaraq, Heydər Əliyev BeynəlxalqAeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı,mümkün nəqliyyat sıxlığını nəzərə almağı və Zığ şosesiistiqamətindən alternativ marşrut kimi istifadə imkanınıdəyərləndirməyi tövsiyə edir.

Uçuşların vaxtında və rahat şəkildə həyata keçirilməsini təminetmək məqsədilə sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saatəvvəl gəlmələri tövsiyə olunur.

Qeyd edək ki, hava limanı ilə şəhər mərkəzi (“28 May” NəqliyyatMübadilə Mərkəzi) arasında hərəkət edən “Aeroekspress” avtobusmarşrutu fəaliyyətini qrafik üzrə davam etdirəcək və sərnişinlərüçün etibarlı nəqliyyat alternativi olaraq qalır.

Избранный
16
6
az.trend.az

10Источники