RU

“Neftçi”nin sabiq üzvü indi də Sinqapurda oynayacaq

“Neftçi”nin sabiq futbolçusu Keysuke Hondanın yeni klubu məlum olub.

Msport.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını Sinqapurda davam etdirəcək. O, rebrendiqdən sonra “Albireks Niiqata Sinqapur” adlanacaq “Curonq” klubunda çıxış edəcək.

Hondanın məqsədlərindən biri Ginessin rekordlar kitbına düşməkdir. Yaponiya millisinin sabiq üzvü müxtəlif ölkələrin liqalarında qol vurmaqla rekorda imza atmaq istəyir.

Onun karyerasında Azərbaycandan başqa, Yaponiya, Rusiya, Niderland, İtaliya, Meksika, Avstraliya, Braziliya, Litva və Butan liqaları da olub. Honda 5 il Kamboca millisinə də rəhbərlik edib.

Yarımmüdafiəçi 2021-ci ildə “Neftçi”nin formasını geyinib və 8 oyunda 2 qol vurub. O, həmin vaxt paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.

Избранный
30
msport.az

1Источники