RU

Evakuatorla taxta şalban daşıyan sürücünün görüntüləri GÜNDƏM OLDU VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Heydər Əliyev prospektində diqqətçəkən hadisə qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, “156” avtomobil daşıma xidməti bu dəfə adi qaydada nəqliyyat vasitəsi deyil, taxta materialı daşıyıb.

Görüntülərdən aydın olur ki, yük maşınının arxa hissəsi tam şəkildə taxta ilə doldurulub və bu vəziyyətdə hərəkət edib. Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Qeyd edək ki, belə hallarda yükün daşınması zamanı təhlükəsizlik qaydalarına riayət olunması, yükün düzgün yerləşdirilməsi və möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Əks halda bu cür daşımalar həm digər hərəkət iştirakçıları, həm də yol infrastrukturu üçün təhlükə yarada bilər.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
avtosfer.az

1Источники