RU

Zəfərin işığında qurulan təhsil: Laçının Zabux kəndində yeni məktəb - FOTO

İşğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir. Laçın rayonunun Zabux kəndində yerləşən Ədalət Məmmədov adına tam orta ümumtəhsil məktəbi 2023-cü ildə şagirdlərin ixtiyarına verilib. Məktəb bölgədə təhsil həyatına mühüm töhfə verir.

Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil ocağının ümumi şagird tutumu 176 nəfərdir. Hazırda burada 101 şagird təhsil alır. Onlardan 14 nəfər məktəbəhazırlıq qrupunda, 30 nəfər I–IV, 45 nəfər V–IX, 12 nəfər isə X–XI siniflərdə oxuyur. Bu rəqəmlər bölgəyə qayıdan ailələrin sayının artdığını və təhsil mühitinin sürətlə formalaşdığını göstərir.

Məktəbdə tədris prosesi 18 müəllim tərəfindən həyata keçirilir. Bununla yanaşı, 9 nəfər texniki işçi məktəbin gündəlik fəaliyyətinin təmin olunmasında mühüm rol oynayır.

Избранный
6
5
aznews.az

9Источники