RU

Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Far.Az xəbər verir ki, bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında, Gəncə RM tərəfindən Gəncə şəhərində, Göygöl, Daşkəsən, Samux və Şəmkir rayonlarında, Muğan RM tərəfindən Şirvan şəhərində, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında, Cənub RM tərəfindən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Избранный
24
10
far.az

10Источники