RU

Xamenei BUNA GÖRƏ gizlənirmiş – ŞOK səbəb ilk dəfə açıqlandı 

İranın Xarici İşlər Nazirliyi ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin son vaxtlar ictimaiyyət arasında görünməməsinin səbəblərinə aydınlıq gətirib. Tehran rəsmiləri bu vəziyyəti birbaşa təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.

NOCOMMENT.az xəbər verir ki, İran XİN rəhbərinin müavini Səid Xatibzadə hazırda regionda yaşanan gərginlik fonunda Ali Rəhbərin həyatına qarşı risklərin həddindən artıq yüksək olduğunu bildirib. Diplomat vurğulayıb ki, İran rəhbərliyi beynəlxalq hüquq normalarını pozaraq dövlət başçısının aradan qaldırılmasında ittiham etdikləri ABŞ-ın və onun müttəfiqlərinin yaratdığı təhlükəli vəziyyəti ciddi şəkildə nəzərə almalıdır.

Xatibzadənin sözlərinə görə, Vaşinqtonun İsrailə verdiyi dəstək vəziyyəti daha da pisləşdirir. O, İsrail tərəfinin istənilən hədəfə qarşı sui-qəsd törətməyə hazır olduğunu iddia edərək, Müctəba Xameneinin təhlükəsizliyini təmin etmək üçün ictimai fəaliyyətin müvəqqəti olaraq məhdudlaşdırıldığını qeyd edib. Bu açıqlama Tehranda sui-qəsd qorxusunun və xarici müdaxilə ehtimalının nə dərəcədə ciddi qəbul edildiyini göstərir.

Sara
NOCOMMENT.az

Избранный
18
nocomment.az

1Источники