RU

Məleykə Abbaszadə: “10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib”

ain.az bildirir, Bizim media portalına istinadən.

"Son 10 il ərzində imtahan zallarımızdan 6 milyondan çox insan keçib". Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəzin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda qeyd edib.

 

"Bu, sadəcə statistika deyil – bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır. DİM artıq universitetə qəbul olmaq üçün sadə seçim mexanizmi olmaqdan kənara çıxıb.

Biz ədalət infrastrukturunun mühüm elementinə çevrildik.Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində biz təhsil və kadr siyasəti sahəsində proseslərin təhlili üçün dövlətə etibarlı empirik əsas verən unikal məlumat bazaları formalaşdırdıq. Biz dünyanın ən “ekoloji-təmiz” enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq"-deyə sədr bildirib.Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
4
bizim.media

6Источники