RU

AzMİU məzununun layihəsi “Təməl” mükafatına layiq görülüb

Bakı, 10 aprel, AZƏRTAC

İsveçrəli memar Tomas Kovari və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları məzunu Əyyub Mirzəyevin həmmüəllif olduqları “Laçın kanat yolu” layihəsi nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları nominasiyası üzrə “Təməl” mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Qeyd olunub ki, “Laçın kanat yolu” layihəsi iki əsas stansiya binası və onları birləşdirən dayaq sistemindən ibarət vahid memarlıq kompozisiyası kimi formalaşdırılıb. Layihə çərçivəsində aşağı stansiya çoxsəviyyəli məkan quruluşu ilə seçilir. Burada platforma, müşahidə zalı və istirahət zonaları bir araya gətirilərək ziyarətçilər üçün funksional və rahat mühit yaradılıb.

Yuxarı stansiya isə daha yığcam həcmdə layihələndirilib. Əsasən minik və enmə funksiyasını yerinə yetirir. Layihənin memarlıq-planlaşdırma, fasad həlləri ərazinin təbii relyefi ilə uyğunlaşdırılıb, yüngül, açıq və əlçatan məkan prinsipləri əsasında işlənib.

Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən bu layihə müasir memarlıq yanaşmalarını funksionallıq və estetik həllərlə birləşdirərək diqqət çəkir.

Избранный
16
3
azertag.az

5Источники