RU

Firudin Qurbanov Türkmənistanda keçirilən 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışında iştirak edib (FOTO)

Bakı.Trend:

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov TürkmənistanınAşqabad şəhərinə səfər edib.

Trend xəbər verirki, səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziriCumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına TürkmənDövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cüBeynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirakedib.

Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayişetdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

Olimpiadanın açılış mərasimində çıxış edən nazir müaviniAzərbaycan və Türkmənistan arasında dostluq münasibətləri, elm vətəhsil sahəsində əməkdaşlıq barədə tədbir iştirakçılarınıməlumatlandırıb. Çıxışı zamanı Firudin Qurbanov şagirdlərininkişafında intellektual oyunların və bilik yarışmalarının rolunuxüsusi vurğulayıb. Nazir müavini olimpiada iştirakçılarınatövsiyələrini çatdıraraq uğurlar arzulayıb.

Olimpiadanın açılış mərasimindən sonra nazir müavini Mahtumquluadına Türkmən Dövlət Universitetinin rəhbər heyəti ilə görüşüb,universitetin muzeyini, eləcə də dahi mütəfəkkir və şair MəhtimquluFəraqiyə həsr olunmuş guşəni ziyarət edib.

Qeyd edək ki, 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılışmərasimində, həmçinin Məhtimqulu adına Türkmən DövlətUniversitetinin rəhbər heyəti ilə keçirilmiş görüşdə AzərbaycanRespublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiriQismət Gözəlov da iştirak edib.

Firudin
Firudin
Firudin
Firudin
Firudin
Firudin
Избранный
8
11
az.trend.az

10Источники