RU

Ruttenin səfəri Trampın mövqeyini DƏYİŞDİ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı ritorikasının yumşalması alyans üçün mühüm addım hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbəyə istinadən yazıb.

Məlumata görə, NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərindən sonra Trampın sosial şəbəkələrdə alyansla bağlı paylaşımları nəzərəçarpacaq dərəcədə dəyişib. Onun açıqlamaları əvvəlki kimi tənqidi olsa da, artıq açıq təhdidlərdən uzaqlaşıb.

Nəşrin həmsöhbəti bildirib ki, bu dəyişiklik NATO üçün müsbət siqnaldır və alyansın Rutte kimi bir rəhbərinin Vaşinqtonda olması onun üçün şans hesab edilə bilər.

“Bu, onun əvvəlki açıqlamaları ilə müqayisədə ciddi irəliləyişdir”, – deyə mənbə vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
redaktor.az

2Источники