RU

67 yaşlı kişi pensiyasından narazıdır

Bakı şəhər sakini, 67 yaşlı Eynulla Bəbirovun güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyası dayandırılıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qohumu Azad Məmmədov məlumat verib. 

O bildirib ki, Eynulla Bəbirov zərərli iş şəraitində işlədiyinə görə 2016-cı ildən, yəni 57 yaşı olarkən pensiyaya çıxıb:

“2020-ci ilin noyabr ayınadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alıb. Lakin 2020-ci ilin noyabr ayında onun pensiya ödənişi dayandırılıb. Həmin vaxt o, 1445 manat pensiya alırdı. Dedilər ki, “bu yaşda sənə pensiya düşmür”. 2025-in may ayında 65 yaşı tamam oldu. Bundan sonra o yaşa görə pensiya almağa başladı və bu, 1175 manatdır. Bundan da 172 manat geri tutulma var. Məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları tərəfindən onun xeyrinə qərarlar qəbul edilib.

Son olaraq Ali Məhkəmə tərəfindən 11.09.2024-cü il tarixində çıxarılmış qərarla iddia təmin edilib. Buna baxmayaraq, Ali Məhkəmənin qeyd olunan qərarının icrası indiyədək təmin olunmayıb və pensiya ödənişlərinin bərpası həyata keçirilməyib. İndi özü də xəstədir. Bu məsələlərdən sonra sinir xəstəliyi tapdı”. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan müraciətimizə belə cavab verildi:

“ƏƏSMN tərəfindən aparılan araşdırma zamanı Eynulla Cəlal oğlu Bəbirova qanunvericiliyə zidd olaraq 50 yaşının tamalandığı 25.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkarlanaraq pensiya ödənişi 01.11.2020-ci il tarixindən dayandırılıb. 

⁠Həmçinin ona əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib. 

Daha sonra E.Bəbirovun 50 yaşının deyil, 57 yaşının tamamlandığı 25.05.2016-cı il tarixindən hesablanmaqla qanunauyğun qaydada güzəştli şərtərlə pensiya hüququnun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 2024-cü ilin fevral ayında bərpa olunub.

Aparılmış yenidən hesablamalar nəzərə alınmaqla, hazırda E.Bəbirovun əmək pensiyası 1295,34 manat, qalıq artıq ödəməsi 85.662,11 manat təşkil edir. Qanunvericiliyə zidd hallar üzrə aparılan araşdırmalar yekunlaşdırıldıqdan sonra E.Bəbirovun müraciətində qeyd etdiyi məhkəmə qərarı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması məsələsinə baxılacaq”. 

"Cebheinfo.az"

Избранный
25
2
cebheinfo.az

3Источники