UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
90deqiqe.Az xəbər verir ki, İspaniyanın “Rayo Valyekano” klubu öz meydanında Yunanıstanın AEK komandası üzərində inamlı qələbə qazanıb – 3:0.
Ukraynanın “Şaxtyor” kollektivi Niderland təmsilçisi AZ-ni eyni hesabla – 3:0 məğlub edib.
İngiltərənin “Kristal Pelas” komandası İtaliyanın “Fiorentina” klubunu qəbul edib və meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
Almaniyanın “Maynts 05” klubu isə Fransanın “Strasburq” komandasını 2:0 hesabı ilə üstələyib.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
9 aprel
"Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan) 3:0
"Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland) 3:0
"Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya) 3:0
"Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa) 2:0
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri aprelin 16-da keçiriləcək.