Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Xəbər verdiyimiz kimi, aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatınida qeyd olunub.
Adıçəkilən müəssisədə cəza çəkən şəxslərin ailə üzvlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, məhbusların yerləşdirilməsi ilə bağlı ciddi problemlər yaranıb.
Belə ki, 1 700 nəfərlik məhbusdan təxminən 700 nəfərinin qaldığı yataqxana yandığı üçün digərlərini yerləşdirmək mümkün deyil.
Məhbus ailələri bildirir ki, məhkumlar digər yataqxanada növbəlilik prinsipi ilə gecələməli olurlar.
Elmar Elnuroğlu
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.