RU

Pakistanda ABŞ-İran danışıqlarına ciddi hazırlıqlar gedir

Bakı. Trend:

ABŞ və İran arasında keçiriləcək danışıqlar ərəfəsindəPakistanın paytaxtında qırmızı hazırlıq səviyyəsi elan edilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, hərbi qurumların nəzarət etdiyi çoxsəviyyəlitəhlükəsizlik sistemi çərçivəsində İslamabadda 10 mindən çoxtəhlükəsizlik əməkdaşı səfərbər olunub.

Hərbçilər və reyncerlər hökumət binaları kompleksi və diplomatikanklavın yerləşdiyi, “qırmızı zona” adlanan əraziyə xüsusi nəzarətitəmin ediblər. Bu əraziyə aparan bütün yollar bağlanıb. Müxtəlifnöqtələrdə çevik reaksiya qüvvələrinin bölmələri yerləşdirilib.

Əhalisi iki milyondan çox olan şəhərin bütün əsas yollarındamilli və paytaxt yol polisinin əlavə postları qurulub. İslamabaddaamerikalı və iranlı danışıqlar iştirakçılarının hərəkəti üçünayrıca marşrutlar müəyyən edilib. Yüksək vəzifəli şəxslərin şəxsimühafizə əməkdaşlarına mobil telefonlar və elektron saatlar daxilolmaqla, hər hansı qadcetləri üzərlərində daşımaq qadağanediləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Избранный
13
az.trend.az

1Источники