RU

Kirayə bazarında qiymətlər kəskin QALXDI



Son günlər ard-arda yağan güclü yağışların fəsadlarından sonra Bakı və Abşeronun əmlak bazarında dəyişiklik müşahidə olunmağa başladı. Xüsusilə də kirayə bazarında vəziyyət daha da gərginləşib.

Rieltorların sözlərinə görə, xüsusilə subasma olan ərazilərdən köçənlərin sayının artması kirayə evlərə tələbatı yüksəldib. Təlabatın yüksəlməsi ilə də qiymətlərdə artım müşahidə olunur və hazırda "cibə uyğun" kirayə mənzil tapmaq çətinləşib.

aia.az xəbər verir ki, rieltor Mənsur Babayevin Bizim.Media-ya verdiyi məlumata görə hazırda bazarda kirayəlik ev tapmaq əvvəlki kimi asan deyil:

"Əvvəllər ucuz başa gəlsin deyə şəhərətrafı həyət evlərinə üstünlük verirdilər. Ancaq yağışlı günlərdə qəsəbələrdə yaranan gölməçələr və subasmalardan sonra həm rayonlardan yeni gəlmək istəyənlər, həm də həyət evlərində yaşayanların gözü qorxdu.

İndi eyni problemi təkrar yaşamamaq üçün bina evlərinə üz tuturlar. Bəziləri isə həyət evini dəyər-dəyməzinə satışa çıxarıb, müvəqqəti olaraq bina evində kirayə qalmağ istəyir. Ona görə də ev tapmaq mümkün deyil".

Rieltor deyir ki, təkliflər demək olar ki, tükənib. Əgər əvvəllər 1-2 otaqlı mənzillər kirayələmək üçün çətin tapılırdısa, indi 3 otaqlılar da azalıb.

Ümumiyyətlə təkliflər vasitəçilərə gələnə qədər, sakinlər özləri bir-birinə axtarıb tapırlar. Onsuz da baha olan kirayələr səbəbindən bir də maklerlərə ofis haqqı vermək niyyətində olmurlar.

"Yağışlara qədər şəhər ətrafı qəsəbələrdə 300 manata binada mənzil kirayələmək mümkün olurdusa, indi 400-ə tapan sevinir. Halbuki indiyə qədər 400 manata qəsəbələrdə 3 otaqlı mənzillər kirayə verilirdi. İndi bu qiymətə 1 otaqlılardır. Yağışdan sonra bazar əməlli-başlı dəyişdi. İndi hamı bina evinə qaçır".

aia.az



Избранный
19
13
aia.az

10Источники