
Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın da bunu təkrarlamağa hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə rəsmi “Telegram” kanalında dərc etdiyi videomüraciətdə bildirib.
“Qarşılıqlı addımlar atmağa hazırıq. Biz bu il Pasxa bayramı zamanı atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanların təhlükəssiz Pasxa bayramına ehtiyacı var”, - Zelenski qeyd edib.