BAKI, 10 aprel. TELEQRAF
Qazax şəhəri, Səməd Vurğun küçəsində avtomobil piyadanı vurub.
Teleqraf-ın xəbərinə görə, 2000-ci il təvəllüdlü Kazımov Anar Rəhman oğlu aprelin 9-da saat 17 radələrində idarə etdiyi özünə məxsus "BMW" markalı avtomobillə həmin küçəsdə hərəkətdə olan zaman yolu keçən piyada, 1952-ci il təvəllüdlü İsmayılov Faiq Məcid oğlunu vurub.
Qəza nəticəsində piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.