RU

Rutte Trampa təriflər yağdırır

ain.az, Redaktor.az saytına istinadən bildirir.

NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Tramp ilə münasibətləri yaxşı saxlamaq üçün ona təriflər yağdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri alyansın anonim diplomatına istinadən yazıb.

Mənbənin sözlərinə görə, Ukraynaya dəstəyin davam etməsi birbaşa NATO ölkələrinin “qeyri-proqnozlaşdırılan və tez-tez emosional” hesab edilən ABŞ lideri ilə yaxşı münasibətlər qura bilməsindən asılıdır.

Diplomat qeyd edib ki, Mark Ruttenin ABŞ-yə səfərləri və bu çərçivədə Vaşinqtonla yaxın əlaqələr qurmağa çalışması düzgün addımdır. Bu səylər Ukraynaya silah və kəşfiyyat dəstəyinin davam etməsinə xidmət edir.

“Trampa yönəlik açıq təriflər nə qədər narahat edici görünsə də, bu, ödənilməli kiçik bir qiymətdir”, – deyə diplomat vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники