İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi həyatını itirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, o, martın 31-də Tehrandakı evinə edilən hücumda ağır yaralanıb. Həyat yoldaşı da eyni hücum zamanı həlak olub. Xərrazi özü isə 8 gün sonra aldığı yaralardan həyatını itirib.
Daha əvvəl, martın 8-də Xərrazi İranın "ABŞ ilə uzunmüddətli müharibəyə" hazır olduğunu bildirmişdi. O, habelə qeyd etmişdi ki, ölkəyə mövcud təhlükə yaranarsa, İranın nüvə doktrinasında dəyişikliklər mümkündür.
Aytac,
Sitat.info