ain.az, Sitat.info portalına istinadən məlumat verir.
İsrailin hava zərbələri nəticəsində ağır yaralanmış İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi həyatını itirib.Sitat.info xarici mediaya istinadən xəbər verir ki, o, martın 31-də Tehrandakı evinə edilən hücumda ağır yaralanıb. Həyat yoldaşı da eyni hücum zamanı həlak olub. Xərrazi özü isə 8 gün sonra aldığı yaralardan həyatını itirib.Daha əvvəl, martın 8-də Xərrazi İranın "ABŞ ilə uzunmüddətli müharibəyə" hazır olduğunu bildirmişdi. O, habelə qeyd etmişdi ki, ölkəyə mövcud təhlükə yaranarsa, İranın nüvə doktrinasında dəyişikliklər mümkündür.
Aytac,
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.