RU

"Politico": Tramp və Rütte görüşü qalmaqallı keçib

BAKI, 10 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rütte arasında Ağ Evdə keçirilən görüş qalmaqallı atmosferdə baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Tramp Rütte ünvanına sərt ifadələr işlədib və danışıqlar “təhqiramiz ifadələr axını” ilə müşayiət olunub. Avropalı rəsmi mənbələrdən biri görüşün uğursuz keçdiyini qeyd edib.

Qeyd olunur ki, Tramp bu görüşdən NATO-nun İranla bağlı münaqişədə iştirak etmək istəməməsini tənqid etmək üçün istifadə edib.

Bundan əvvəl Mark Rütte Trampın NATO müttəfiqlərindən narazı olduğunu bildirmişdi. O qeyd edib ki, alyansın bəzi üzvləri ABŞ-a dəstək vermədikləri üçün “sınaqdan keçə bilməyiblər”.

Tramp isə NATO-nun yalnız ciddi təzyiq altında qərar qəbul etdiyini iddia edib.

Избранный
33
1
teleqraf.com

2Источники