Vaşinqton, 10 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığı barədə məlumatların olduğunu açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, o, İrana bunu etməməklə bağlı xəbərdarlıq edib.
“Əgər bunu edirlərsə, indi dayansalar yaxşıdır”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton