RU

"Müvəqqəti atəşkəs problemləri həll etmir" - Ömər Çelik

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik bildirib ki, ABŞ ilə İran arasında müvəqqəti atəşkəs yığılıb qalmış problemləri həll etmir.

"Unikal" xəbər verir ki, o, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutmuş AKP idarə heyətinin iclasından sonra keçirilən brifinqdə İran mövzusuna münasibət bildirib.

Onun sözlərinə görə, beynəlxalq gündəm əsasən İran ilə bağlı məsələlər üzərində cəmlənib.

“İrana qarşı qeyri-legitim zərbələr regiona və bütövlükdə dünyaya təsir edən ciddi nəticələrə gətirib çıxarıb. Əlbəttə ki, Hörmüz boğazında baş verənlər, təchizat zəncirləri, energetika və ərzaq məsələləri son dərəcə vacibdir, lakin ən əsası günahsız insanların taleyi, bombalar altında mənasız insan itkiləridir. Buna görə də biz sülhdən danışarkən bildiririk ki, qan tökülməməlidir”, – deyə siyasətçi bildirib.

Ö.Çelik vurğulayıb ki, aqressiv ritorika və maksimalizm regionda sülhə xidmət etmir.

“Bu gün görürük ki, milli, regional və qlobal problemlər bir-biri ilə sıx bağlıdır. Davamlı sülhə nail olmaq vacibdir. Əminik ki, sülh kapitulyasiyanın zorla qəbul etdirilməsi yolu ilə əldə oluna bilməz”, – deyə AKP nümayəndəsi əlavə edib.

Избранный
4
3
unikal.az

10Источники