Metyu Perrini öldürən “Ketamin kraliçası” 15 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “xarici KİV” məlumat yayıb.
“Dostlar” (Friends) serialının ulduzu Metyu Perrinin ölümünə səbəb olan ölümcül dozada ketamini satan Casvin Sanqha 15 il müddətinə həbs cəzasına məhkum edilib. Uzun illər narkotik asılılığı ilə mübarizə aparan aktyor depressiya müalicəsi üçün rəsmi şəkildə ketamin qəbul edirdi. Lakin həkimi tələb olunan dozanı verməkdən imtina etdikdən sonra, o, preparatı qeyri-qanuni yollarla axtarmağa başlamışdı.
“Ketamin kraliçası” kimi tanınan Casvin Sanqha iş üzrə təqsirləndirilən beşinci şəxs olub və istintaqla sövdələşməyə gedərək günahını etiraf edib. O, Perrinin, eləcə də digər bir şəxsin ölümündə əli olduğu üçün ən ağır cəzanı alıb. Federal prokurorlar 15 illik həbs müddətini tələb edərkən Sanqhanın “genişmiqyaslı qanunsuz fəaliyyətini” və “iştirakçısı olduğu ölümlərə qarşı ürəksiz, soyuq münasibətini” əsas gətiriblər.
Xuraman Etibarlı
İnterpress.az